"Fransa məhsullarının Azərbaycanda satışına qadağa qoyulsun".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, Fransaya qarşı sərt addımlar atılmalı, münasibətlərə yenidən baxılmalıdır.
Deputat əlavə edib ki, Fransa Senatındakı qətnaməni qəbul edən şəxslərin Azərbaycana girişinə qadağa qoyulsun.