"Fransa Senatı ötən gün qərəzli, bədnam qətnamə qəbul edərək erməni bacılarına öz dəstəyini nümyiş etdirib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Makron administrasiyası erməni lobbisinin təsiri altındadır və Azərbaycana münasibətdə milli maraqları yox, ermənilərin maraqlarını əsas tuturlar.
Anar Kəlbiyev