Ukrayna Silahlı Qüvvələrinin Qomel və Mozır istiqamətində, demək olar ki, bütün körpüləri partladıb.

"Unikal" "Sputnik Belarus"a istinadən xəbər verir ki,  bunu Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lappo deyib.

“Ukrayna tərəfi sərhəddə mühəndis səddini artırmaq üçün səylər göstərir. Belarusun Ukraynadakı sərhədi minalarla örtülüb, Qomel və Mozır istiqamətində demək olar ki, bütün körpülər partladılıb. İndi onlar Volın istiqamətində körpüləri partlatmağa başlayırlar”, - deyə o bildirib. 

Lappo qeyd edib ki, “Ukraynanın sərhəd bölgəsində bütün əhali anti-Belarus və anti-Rusiya təbliğatının təsiri altındadır”.

Gülayə  Mecid