"Fransanın Azərbaycana qarşı düşmənçilik və ermənipərəst mövqeyini 50 milyonluq dünya azərbaycanlıları qətiyyətlə pisləyir və və rədd edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib. O bildirib ki, Fransa Senatının dünən açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirərərk qəbul etdiyi qətnamə bir daha onu gösətrir ki, Fransa yenə də Azərbaycana qarşı qərəzli siyasətini davam etdirir.
“Bu qətnamə bütvlükdə Aİ dəyərlərinin əksinə gedir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistanın təcavüzkar olması ilə bağlı 4 qətnaməyə özü də səs verib. İkinci bir məsələ, bu gün Aİ Azərbaycanı ən etibarlı tərəfdaş sayır, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Qətnamədə Azərbaycanı təcavüzkar kimi qələmə verirlər. Fransanın Azərbaycanı belə ittihamlarla ittham etməsi yersizdir. Ermənilər Xocalı soyqırımını törədiblər. Buradan aydın olur ki, Fransa özü Xocalı soyqırımına dəstək verib. Digər tərəfdən, Azərbaycanın Avropa Şurasından, Türkiyənin NATO-dan xaric edilməsini təklif edirlər. Dövlət başçımızn səsləndirdiyi bir fikir var idi - “Getsinlər aynaya baxsınlar. Görəcəklər ki, onlar nə qədər cılızdırlar”.
Anar Kəlbiyev