2023-cü ildə Ermənistan müdafiə xərclərinə 505 milyard dram ayırmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, bu, peşəkar orduya keçid deməkdir: "Məmuniyyətlə qeyd etmək istərdim ki, 2023-cü ilin büdcəsinə uyğun olaraq biz hərbçilərin attestasiyası prosesini tətbiq edirik ki, bu da hərbçilərin maaşlarının iki, üç dəfə artırılması deməkdir".
Ağarza Elçinoğlu