Böyük Britaniyanın Opta statistika şirkəti bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının favoritlərini açıqlayıb.
"Unikal" xəbər verir ki, süni intellektlə əsaslanan araşdırmada Braziliya millisi bütün rəqiblərini qabaqlayıb. "Sambaçılar"ın dünya çempionu olmaq şansları 15,8 faiz qiymətləndirilir.
İkinci pillədə Argentina yığması (12,6 faiz) qərarlaşıb. İlk üçlüyü 12,2 faizlə Fransa tamamlayır.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.