Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
"Unikal" xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub.
Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.