Norveç yığmasının sabiq futbolçusu Con Karyu həbs olunub.
"Unikal" xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu vergidən yayınmaqda ittiham olunub. Bu səbəbdən ona 14 aylıq həbs cəzası verilib. Bundan başqa, Karyu 45 min funt sterliq məbləğində cərimə edilib.
Norveç millisində 91 oyuna 24 qol vuran Karyu “Volerenqa”, “Rusenborq”, “Valensiya”, “Roma”, “Beşiktaş”, “Lion”, “Aston Villa”, “Stok Siti” və “Vest Hem”də çıxış edib.