Maradonanın


Argentina milli komandasının və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kun Aquero Dieqo Maradonanın qızı Caninanı boşayıb. Unikal.org-un “A Bola”ya istinadən verdiyi məlumata görə, Aquero 4 illikdir birgə yaşadığı həyat yoldaşından ayrılıb.

Əvəzində o, 27 yaşlı argentinalı müğənni Karina Texeda ilə görüşməyə başlayıb. Halbuki daha öncə tanınmış hücumçu Caninaya sadiq olduğunu bəyan edib. Lakin bu günlərdə müğənninin atası Texeda ilə Aqueronun münasibətlərindən danışıb.
Maradonanın