“Azərbaycanda ərzaq və dərman məhsullarının qiyməti durmadan artır. Bunun da qarşısnın alınmasının müxtəlif yolları var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, hökumət bu sahədə mümkün olan fəaliyyətini davam etdirir:

"Təklif edərdim ki, qida və dərman məhsulları üçün tələb olunan ƏDV və dövlət rüsumu müvəqqəti olaraq dondurulsun. Müvəqqəti addımları atmaqla insanların həyat şəraitinə müsbət təsir göstərmiş olarıq”. 

Anar Kəlbiyev