Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə "Bir ağac-min nəfəs" aksiyası bu dəfə Abşeron rayonunun Xırdalan şəhərində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova "Unikal"a bildirib ki, ETSN, “Təmiz Şəhər” ASC və "Neptun" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 18 noyabr tarixində keçirilən ting paylama aksiyası zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 1126 litr olan plastik, 36 litr şüşə, 17 kq kağız tullantı və 55 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

"Bugünədək ölkə ərazisində 8 aksiya keçirilib və vətəndaşlardan ümumilikdə tutumu 2409 litr olan plastik, 71 litr şüşə, 124 kq kağız tullantı, 483 ədəd işlənmiş batareya təhvil götürülüb".