Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) bu gün Nijni Novqorodda keçirilməsi planlaşdırılan konserti təxirə düşüb.
"Unikal" xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib. O, bildirib ki, burnu axır və boğazı ağrıyır:
"Dostlar, biz uzun müzakirə etdik. Qərara gəldik ki, Nijni Novqorod və Kazandakı konsertlərimizin tarixini gələn aya dəyişək. Digər konsertlərim isə vaxtı dəyişdirilməyib".
Qeyd edək ki, konsertlə əlaqədar olaraq gecənin keçiriləcəyi idman sarayının yaxınlığında nəqliyyatın vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdı.