Madrid "Real"ının almaniyalı yarımmüdafiəçisi Toni Kroos "Mançester Siti"yə keçmək istəmir.
"Unikal" xəbər verir ki, İngiltərə klubu 32 yaşlı yarımmüdafiəçiyə illik 14 milyon avro təklif edib. Ancaq o, rədd cavabı verib.
Qeyd edək ki, Kroosun "Real"la müqaviləsi 2023-cü ilin iyununda başa çatır.