Xalq artisti Flora Kərimova plastik əməliyyat etdirdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə müğənni "Günaydın Azərbaycan" verilişində danışıb. O, əməliyyatın uğursuz alındığını vurğulayıb:
"Eynəyi çıxara bilmirəm. Bir naşının əlinə düşdüm. O naşı da yöndəmsiz əməliyyat etdi. Bu gün-sabah da naşıya sözümü deyəcəm. Burayada elə həvəslə, forsla gəlmişəm. Bir saat güzgüyə baxdım ki, bəlkə eynəksiz yaxşı olar. Plastik əməliyyat idi, heç lazım da deyildi".