Bir neçə gün öncə sosial şəbəkədə yeni fotosunu paylaşan aktrisa Büşra Pekinin estetik əməliyyat etdirdiyi ortaya çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın 11 dəfə estetik prosedurlardan yararlandığı məlum olub. Pekin üzünə etdiyi müdaxilələrə ümumilikdə 315 min lirə (təxminən 28 min 822 manat) xərcləyib.
İzləyicilər sosial şəbəkədə aktrisanın yeni halını həmkarı İlayda Alişana bənzədiblər.
Qeyd edək ki, aktrisa 12 kiloqram arıqlayıb.