Xəbər verdiyimiz kimi, qadın sərnişinlərə qeyri-etik təkliflər edən 29 taksi sürücüsü inzibati məsuliyyətə cəlb olunub.

"Unikal"ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev həmin sürücülərdən biri ilə bağlı paylaşım edib.

"Saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan "facebook" üzrə 44 profili, 6 səhifəsi, 4 "Tik-Tok" hesabı, 12 "Instagram" profili olması müəyyən edilib", - deyə paylaşımda qeyd olunub.