Aktrisa Merve Boluğur ötən ay ailə qurduğu aranjimançı Mert Aydınla rəsmən boşanıb.
"Unikal" xəbər verir ki, boşanmanın ardından cütlüyün hansı səbəbdən ayrıldığı da ortaya çıxıb. Bildirilib ki, Merve nikahın səhəri günündən etibarən "Mənə heç kim qadağa qoya bilməz", "Sıxıntıya gələ bilmərəm" deyə, şikayətlənib.
Bundan başqa, toydan sonra əməliyyat olunan Mert həyat yoldaşından qayğı görmədiyi üçün məyus olub. Hələ tikişləri sağalmayan Mert Mervenin təkidləri ilə bal ayına getməli olub. Bütün bunlardan sonra o, aktrisaya ayrılmağı təklif edib.
Qeyd edək ki, cütlük toydan 40 gün sonra boşanma qərarı alıb. Aktrisa daha əvvəl müğənni Murat Dalkılıçla ailəli olub.