Bakıda 14 yaşlı qız ərə verilir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat verib.
“14 yaşlı qızı valideynləri erkən ərə veriblər. Ötən il isə (13 yaşında) körpəsi dünyaya gəlib. Xeyli müddətdir ki, qızı boşayıb, körpəsi ilə birgə ata evinə göndəriblər. Valideynləri yenidən 14 yaşlı qızı Xəzər rayonu Türkan qəsəbəsində yaşayan birinə ərə vermək istəyir”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb və araşdırma aparılır.