"Söyləməzsəm" verilişinin aparıcısı Seren Serengil günlərdir ki, müğənni Hadisənin Ebru Gündeşlə evli olan Rza Zərrabla eşq yaşadığını iddia edir.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Seren Zərrabın Hadisə ilə olan mesajlarını ictimaiyyətlə bölüşüb. Belə ki, yazışmaların birində məşhur prodüser Acun Ilıcalının adı da keçib.
Yayımlanan mesajlarda Rza Zərrabla o vaxt gizli eşq yaşayan Hadisənin “O Ses Türkiye”nin heyətindən çıxarılması müzakirə olunub. Ebru ilə yaxın dostluq münasibətində olan Acun Hadisənin Zərrabla eşq yaşadığını biləndən sonra onu heyətdən uzaqlaşdırıb.
Mesajlarda Zərrabın Acun Ilıcalı üçün “Acunun qəlibinə tüpürüm” dediyi halda Hadisənin isə “demə” deyərək cavab verdiyi görülüb.
Hadisə ilə bağlı danışan Seren Serengil, "Acun Ilıcalı da təhqir edilib. Acun Hadisəni proqramdan göndərməklə yaxşı etdi,"- deyə ifadə edib.