15-20 noyabr 2022-ci il tarixlərində İspaniyanın Barselona şəhərində İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasında (RACEF) XVII Beynəlxalq Akt keçirilib.
"Unikal" xəbər verir ki, XVII Beynəlxalq Aktda açılış nitqi ilə çıxış edən RACEF-in prezidenti Xayme Xil Aluxa keçirilən tədbirin önəminə toxunub, dünyanın müxtəlif ölkələrindən olan tanınmış alim və Barselona İqtisadiyyat Şəbəkəsinin üzvlərini bir araya gətirən bu görüşün məqsədinin dayanıqlı bir dünyaya nail olmaq üçün əməkdaşlıq etmək, iqtisadi tədqiqatlar ətrafında bilik mübadiləsi aparmaq olduğunu qeyd edib.
Tədbirdə AMEA-nın müxbir üzvü, RACEF-in xarici üzvü professor Qorxmaz İmanov “Dünyanın hərbi-siyasi vəziyyətinin ölkənin dayanıqlı inkişafına təsiri” adlı məruzə ilə çıxış edib. Məruzə müxtəlif ölkələrin tanınmış alimləri tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.