Sabah Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Aktau şəhərində baş tutacaq. Görüşdə Gürcüstan tərəfinin də iştirakı planlaşdırılır.