Ukrayna prezidenti Volodimir Zelenski Krımın qeyri-hərbi yolla ölkəyə birləşdirilməsi variantlarını nəzərdən keçirmək və müzakirə etməkdən çəkinməyəcəyini bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Zelenski bildirib ki, Moskva Ukraynanın infrastruktur obyektlərinə zərbələr endirdiyi üçün münaqişənin həlli üçün danışıqlara hazır deyil.

Lakin bir neçə gün əvvəl Ukrayna prezidentinin aparatının rəhbəri Andriy Yermak Kiyevin Krımda hücuma keçməyi planlaşdırdığını bildirib.

Daha əvvəl The Wall Street Journal yazıb ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Zelenski ilə son görüşü zamanı Ukrayna üzrə danışıqlarda “real” mövqelər üzərində düşünməyi təklif edib.