"2023-cü il Qarabağ və ordu quruculuğu ilidir. Bilirsiz ki, düşmənlərimiz yeni müharibəyə hazırlaşır, revanş haqqında düşünürlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, əhalinin sosial müdafiəsinə xüsusi diqqət yetirilməlidir:
"Şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə dövlətin qyağısının xırda məmurlar tərəfindən kölgələnməsinə qətiyyən yol vermək olmaz. Belə halların qarşısı sərt şəkildə alınmalıdır".
Anar Kəlbiyev