Rusiyanın Çuvaşiya Respublikasının rəqəmsal inkişaf naziri Kristina Maynina istefa verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə nazir özü məlumat yayıb.

“Rəqəmsal inkişaf naziri postundan getməyə qərar verdim”, - Maynina bildirib.

Məlumata görə,  nazir oğlunun tərbiyəsi ilə daha çox məşğul olmaq üçün vəzifəsindən istefa verib.