"Qardaş Pakistan və əziz Azərbaycanla üçtərəfli formatda əməkdaşlığımız sürətlə inkişaf edir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında deyib.
"Pakistanla ticarət həcmimizi 5 milyard dollara çatdırmaq iradəmiz var. Pakistanda FETÖ terror təşkilatının yaradılmasına qarşı vaxtında görülən tədbirlərə görə Pakistan hakimiyyətinə bir daha təşəkkür edirəm. Görüşlərimiz zamanı ümumi gündəliyimizdə olan regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq. Qardaş Pakistan və əziz Azərbaycanla üçtərəfli formatda əməkdaşlığımız sürətlə inkişaf edir. Pakistan BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 kimi platformalarda fəaliyyət göstərir.
Əfqan xalqının üzləşdiyi humanitar böhranın nəticələrini aradan qaldırmaq üçün birlikdə işləməyə davam edəcəyik. Bu gün suya buraxdığımız Milgem gəmisinin Pakistan üçün xeyirli olmasını arzulayıram" -deyə Ərdoğan bildirib.
Gültəkin Ələsgər