"Biz Azərbaycan və Pakistan olaraq kəmər və yol təşəbbüsü baxımından çox şanslıyıq".
"Unikal" xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı deyib.
"Düşünürəm ki, iki ölkəni bir ürəklə müdafiə etmək lazımdır. Biz müxtəlif dillərdə danışırıq, amma bir-birimizi çox yaxşı başa düşürük. Sanki biz bir ailəyik. Müdafiə sahəsində əməkdaşlığımız yeni çağırışların öhdəsindən gəlməli və daha geniş miqyas almalıdır. Hörmətli qardaş, cənab Prezident, indi əməkdaşlığı daha da artırmaq vaxtıdır. Biz Azərbaycan və Pakistan olaraq kəmər və yol təşəbbüsü baxımından çox şanslıyıq. Bu çox vacib əməkdaşlıq olacaq. Bu, bütün bu regiona əməkdaşlıq və tərəqqi gətirəcək. Beləliklə, işsizliyi aradan qaldıracaq. Yoxsulluğu aradan qaldıracaq. Kasıbları yoxsulluqdan çıxaracaq və təhsili artıracaq"-deyə Şərif bildirib.
Gültəkin Ələsgər