Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılması üçün Ali Məhkəməyə müraciət edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, onun işinə Ali Məhkəmədə baxılacaq. Əhməd Əhmədovun azadlığa buraxılması gözlənilir.
Xatırladaq ki, Ə.Əhmədov Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham olunurdu.
O, 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Orxan Həsənli