Fransa millisinin müdafiəçisi Rafael Varanın durumuna aydınlıq gəlib.
"Unikal" xəbər verir ki, ulduz futbolçu Qətərdə keçirilən dünya çempionatının II turunda komandasına kömək edə biləcək.
Avstraliya ilə birinci turun oyununu buraxan 29 yaşlı mərkəz müdafiəçisinin bu gün Danimarka ilə görüşdə ilk dəqiqələrdən meydana çıxması gözlənilir. Matçda müdafiənin sağ cinahında isə Jül Kundeyə şans verilməsi planlaşdırılır.
Qeyd edək ki, Fransa-Danimarka oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.