Qətərdə təşkil olunan DÇ-2022-də pley-off mərhələsinə vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.

"Unikal" xəbər verir ki, bu, Fransa yığması olub.

Komanda qrup mərhələsinin 2-ci turunda Danimarka üzərində qələbə qazanıb - 2:1. Nəticədə Fransa D qrupunda xallarının sayını 6-ya çatdırıb.

Bununla da onlar qrupdan çıxan ilk komanda olub.