Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II turun daha 4 oyunu keçiriləcək.

"Unikal" xəbər verir ki,  günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.

F qrupunda isə Belçika Mərakeşi, Xorvatiya Kanadanı sınağa çəkəcək.