Yeniyetmə boksçular arasında Azərbaycan çempionatı davam edir.

Federasiyadan "Unikal"a verilən məlumata görə, 66 komandanın 326 boksçusunun iştirakı ilə təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.

15 çəki dərəcəsində 30 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Birincilik bu gün başa çatacaq. 15 çəki dərəcəsi üzrə baş tutacaq final döyüşlərinə saat 13:00-da start veriləcək.