Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

"Unikal"ın məlumatına görə, günün yeganə matçında "Neftçi" "Səbail"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 27, 51 və 77-ci (hər ikisi penalti) dəqiqələrdə kapitan Emin Mahmudov vurub. "Dənizçilər"də Rafael Məhərrəmli 63-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Səbail" 10 xalla yeddinci sıradadır.

Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq

13:05

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Belə ki, turnir cədvəlində 29 xalla üçüncü pillədə qərarlaşan “Neftçi” klubu 10 xalla yeddinci sırada olan “Səbail”i qəbul edəcək.

“Bakcell Arena”da keçiriləcək matçı baş hakim Fərid Hacıyev idarə edəcək.

Qeyd edək ki, XV turun “Şamaxı”–“Kəpəz” və “Qarabağ”–“Zirə” matçları noyabrın 28-də, “Turan Tovuz”–“Sabah”, “Sumqayıt”–“Qəbələ” görüşləri isə noyabrın 29-da oynanılacaq.