82 yaşlı Xalq artisti Niyaməddin Musayevin Bakıda fəaliyyət göstərən idman zallarından birində məşq etdiyinə dair foto yayılıb. Həmin foto sosial şəbəkələrdə insanlar tərəfindən maraqla qarşılanıb.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Niyaməddin Musayev bildirib ki, idman etmək sağlamlıq üçün çox vacibdir:
"Dövlətimiz idman sahəsində çox diqqətlidir. Yaxşı ki, idman üçün belə gözəl şərait yaradılır. Hər gün idman zalına gedib məşq edirəm. Orada qaçış, üzgüçülük də var.
Mən gənc yaşlarımdan idmanla məşğul olmuşam. Klassik güləş üzrə idman ustasıyam. Gənclərə də indidən idmanla məşğul olmağı tövsiyə edirəm.
Bədən tərbiyəsi çox önəmlidir. Bədəni tərbiyələndirmək lazımdır ki, harınlamasın, aşıb-daşmasın", - deyə Xalq artisti qeyd edib.
Murad İbrahimli