Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, o, anasının ad günü olduğunu vurğulayıb. Yusif atasının anasına göndərdiyi gül dəstəsinin şəklini instaqramda yayımlayıb. O, paylaşıma "Ana, inşallah, ata sənə belə gül göndərməz. Səni təbrik etmək özünə qismət olar" sözlərini yazıb.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.