Payız əkin mövsümü başlayandan bugünədək Bakı və Abşeronda, eləcə də, ölkənin bütün regionlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ağacəkmə və meşəbərpa tədbirləri çərçivəsində ümumilikdə 608 000 ağac əkilib, 34.5 ton toxum səpilib.
Bunu "Unikal"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, payız ağac əkini ilə əlaqədar hazırda ölkə ərazisində ağacəkmə və meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir.
“Ağacəkmə tədbirlərinə qoşularaq yaşıllıqların sayının artırılmasına töhfə verən hər kəsə, dövlət və özəl qurumlara, ictimaiyyət nümayəndələrinə, tərəfdaşlarımıza, bütün təbiətsevərlərə təşəkkürümüzü bildiririk”.