Həbs edilən Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov xəstəxanaya yerləşdirilib.
Bu barədə “Unikal”a Ə. Əhmədovun ailə üzvləri məlumat verib. Qeyd olunub ki, Əhmədov səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Naxçıvanın 17 il daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib və həmin il Bakıda saxlanılıraq həbs edilib.
Qeyd edək ki, bir neçə gün öncə “Unikal” sabiq daxili işlər naziri Əhməd Əhmədovun azadlığa buraxılması üçün Ali Məhkəməyə müraciət etdiyini yazmışdı.
Ə.Əhmədov Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham olunurdu.
O, 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Seymur Əli