Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Qarabağ" klubu "Zirə" komandasını qəbul edib. "Azersun Arena"da təşkil olunan qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini qoruyub. 23 xalı olan "Zirə" isə 4-cü sırada qərarlaşıb.