Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bu gün vəzifəsindən çıxarılıb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova faktı təsdiqləyib.
Qeyd edək ki, Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun əmisi qızıdır.