Ukraynada Kiyevin Peçersk məhkəməsi Ukrayna Futbol Assosiasiyasının (UFA) rəhbəri Andrey Pavelko barəsində həbs-qətimkan tədbiri seçib.

"Unikal" xəbər verir ki, Andrey Pavelko 2 ay müddətinə - 2023-cü il yanvarın 22-dək həbs edilib. Qeyd olunub ki, UFA prezidenti 9 milyon 880 min qrivna - təqribən 270 min dollar məbləğində girov müqabilində sərbəst buraxıla bilər.

Pavelko bir qrup şəxslə qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə özgənin əmlakını ələ keçirib.