NATO xarici işlər nazirləri Ukraynaya dəstəyi gücləndirəcəklərini və onun enerji infrastrukturunun bərpasına kömək edəcəklərini vəd ediblər.

"Unikal" xəbər verir ki, bu barədə xarici işlər nazirləri Buxarestdəki danışıqların ilk günündən sonra bəyanat yayıb.

"Rusiyanın təcavüzü, o cümlədən Ukraynanın mülki və enerji infrastrukturuna davamlı və həyasız hücumları milyonlarla ukraynalını əsas sosial xidmətlərdən məhrum edir. Biz Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam etdiyi üçün ona siyasi və praktiki dəstəyimizi davam etdirəcəyik və daha da gücləndirəcəyik və lazım olduğu müddətcə dəstək göstərəcəyik”, - bəyanatda deyilir.

Xarici işlər naziri həmçinin 2008-ci il NATO sammitinin Ukraynanın sonda alyansa üzv olacağına dair qərarını təsdiqləyib.

Gültəkin