İranda etirazlar zamanı ən azı 448 nəfər öldürülüb.

"Unikal" xəbər verir ki, İran İnsan Haqları Təşkilatı ümumxalq etirazları başlayandan bəri öldürülənlərin sayının 60 uşaq və 29 qadın olmaqla azı 448-ə çatdığını bildirib.

Təkcə son bir həftə ərzində İranda 16-dan çox insanın repressiv hökumət qüvvələri tərəfindən öldürüldüyünü, onlardan 12-dən çoxunun kürdlər yaşayan ərazilərdən olduğunu qeyd edilib.