Aktrisa Pərvin Abıyeva aparıcı Azər Zahidlə TikTok-da 300 manat və oyun üstündə dalaşıb.
"Unikal" xəbər verir ki, Pərvin TikTok-da üçüncü yerə çıxmasına imkan verməyən Azərə qeyri-etik ifadələr deyib.
"300 manatımı ver. 300 manatdan dedin gəl oynayaq, mən də oynadım. İndi uduzmusan, hoqqalar verirsən. Sənə nə deyim? Söz danışıqdan keçər", - deyə, Pərvin Azərin ünvanına söyləyib.
Onlar arasındakı mübahisə bundan sonra daha da qızışıb. Azər canlı yayım açaraq Pərvinin ünvanına təhqirlər səsləndirib.
"Sənin evində iki dənə papaqlı kişi var. Var idi, dünənə kimi... İnsan öz valideyninə qışqırarsa, çəmkirirsə və ya tanımadığı bir kişiyə nalayiq ifadələr işlədirsə o övladdır? O, tərbiyə görmüş qızdır? Sən tərbiyəsizsən, sən küçə qadınısan. Bu ifadələrimin arxasında dururam".
Daha sonra Azər aktrisanın TikTok profilini bağlatdırıb. O, bunu canlı yayımda etiraf edib.