"Show" telekanalında yayımlanan "Hayat bugün" serialı final edəcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 9-cu bölümdə izləyicilərinə vida edəcək. Buna səbəb isə layihənin reytinqlərdə istənilən nəticəni verməməsi olub.

Qeyd edək ki, serialın baş rollarını Ulaş Tuna Astepe, Hazar Ergüçlü, Tansel Öngel, Hande Doğandemir, Mert Denizmen və Şerif Erol paylaşır.