"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu" serialında ayrılıq yaşanacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinə "İbrahim Yınal" obrazına həyat verən aktyor Uyqar Özçelik vida edəcək. O, 41-ci bölümdə layihədən ayrılacaq.

Qeyd edək ki, serialın baş rolunu Barış Arduç canlandırır.