Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
"Unikal" xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə, “BirMillətİkiDövlət Azərbaycan-Türkiyə”,-deyə paylaşımda qeyd edilib.