Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.
"Unikal" xəbər verir ki, bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq.
E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşacaq. Bu qrupda hər bir ölkənin pley-off şansı davam edir.
F qrupunda isə Kanada Mərakeşi, Xorvatiya Belçikanı sınağa çəkəcək. Şimali Amerika təmsilçisinin mundialla vidalaşması dəqiqləşib. Digər 3 yığma isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparacaq.
DÇ-2022
Qrup mərhələsi, III tur
1 dekabr
E qrupu
23:00. Kosta Rika - Almaniya
23:00. Yaponiya - İspaniya
Xal durumu: İspaniya - 4, Yaponiya - 3, Kosta Rika - 3, Almaniya - 1
F qrupu
19:00. Kanada - Mərakeş
19:00. Xorvatiya - Belçika
Xal durumu: Xorvatiya - 4, Mərakeş - 4, Belçika - 3, Kanada - 0.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.