Argentina millisinin kapitanı Lionel Messi həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.
"Unikal" xəbər verir ki, Lionel Messi, DÇ-2022-nin 3-cü turunda Polşa ilə keçirilən oyunda meydana çıxmaqla bu rekordu yeniləyib.
Qarşılaşma Messinin dünya çempionatlarında 22-ci matçı olub.
Maradonada isə bu göstərici 21 idi.