"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".
Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.