Sonuncu dəfə "Duy beni" serialında "Melisa" obrazını canlandıran Sümeyya Aydoğanın yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, o, “Taçsız prenses” serialında rol alacaq. Bildirilir ki, gənc aktrisa layihədə İsmail Hacıoğlu ilə birgə baş rolları ifa edəcək.
Eyni zamanda ekran işində Tolga Tekin, Feride Çetin, Merve Şen ve Elif Kurtaran kimi adlar da yer alacaq.