ABŞ-ın İspaniyanın paytaxtı Madriddəki səfirliyində partlayıcı qurğu olan bağlama tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə “LaSexta” telekanalı məlumat yayıb.

İspaniya polisi məlumatı təsdiqləyərək bildirib ki, Amerikanın Madriddəki səfirliyində partlayıcı qurğu olan bağlama ələ keçirilib, polis ərazini mühasirəyə alıb və antiterror tədbirlərinə başlayıb.